Qəbələdə 50 yaşlı kişi dağdan yıxıldı - Hadisə yerindən görüntülər (VİDEO)
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qəbələ rayonunda yerləşən Duruca şəlaləsinin yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Qaynarinfo xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətinin məlumatında deyilir.
Dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 1976-cı il təvəllüdlü İbrahimov Rövşən İbrahim oğlunun dağlıq ərazidə yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri aldığı və köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.
Xilasedicilər köməksiz vəziyyətdə qalan R.İbrahimova yerində ilkin yardım göstərib və çətin keçidli dağlıq ərazi ilə vətəndaşı təxliyə edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər