Karantin rejimində vətəndaşların icazə ilə evdən çıxması... - Rəsmi

Karantin rejimində vətəndaşların icazə ilə evdən çıxması... - Rəsmi

Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejimində vətəndaşların yalnız icazəli və üzrlü səbəblər əsasında yaşayış yerini müəyyən müddətə tərk edə bilməsi haqqında yayılan məlumatlara münasibət bildirib.

Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov "Report"un sorğusuna cavab olaraq bildirib ki, yayılan məlumatlar rəsmi deyil.

"Belə bir sənəd qəbul olunmayıb", - İ.Məmmədov vurğulayıb.

Qeyd edək ki, xüsusi karantin rejimində vətəndaşların yalnız icazəli və üzrlü səbəblər əsasında yaşayış yerini müəyyən müddətə tərk edə bilməsi haqqında məlumatlar yayılıb.

Məlumatlarda vətəndaşlar tərəfindən icazə almaq məqsədilə 803 nömrəsinə şəxsiyyət vəsiqəsinin nömrəsi və 1,2,3,4 rəqəmlərindən biri daxil edilməklə SMS məlumat göndərilməsi qeyd olunub. Bildirilib ki, vətəndaşlar təsdiq aldıqdan sonra yaşayış yerini tərk edə bilər və əks halda, inzibati məsuliyyətə cəlb olunacaqlar.

Həmçinin yayılan məlumatlarda təxirəsalınmaz tibbi tədbirlər üçün cəmi 2 saat, ərzaq, tibbi avadanlıq, dava-dərman, bank və poçt xidmətləri üçün gündə 1 dəfə cəmi 2 saat, qohumun dəfni ilə əlaqədar 5 saat, açıq havada gəzmək üçün yaşayış yerindən 200 metr uzaq olmadan gündə 30 dəqiqə  müddətin müəyyənləşdirildiyi qeyd olunub.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR