Dünya 11:28 22.12.2018

Kataloniyada müstəqillik nümayişi: 77 yaralı var

İspaniyanın Barselona şəhərində hökumətə qarşı nümayişlər başlayıb.

Qaynarinfo xəbər verir ki, Kataloniyanın müstəqilliyini tələb edən qrupla polis arasında qarşıdurma yaşanıb. Hadisədə 35-i Kataloniya polisi olmaqla 77 nəfər yaralanıb, 12 nəfər həbs edilib.

Ötən saatlarda başlayan aksiyalar səbəbilə şəhərdə həyat dayanıb, nəqliyyat iflic olub. Vətəndaşlar iş yerlərinə, uşaqlar məktəblərə gedə bilməyib.

Gülşən