Dünya 12:37 10.07.2019

Kəbədə şüar səsləndirmək qadağan edildi

Səudiyyə Ərəbistanı Həcc ziyarəti zamanı Kəbədə şüar səsləndirməyi qadağan edib.

Qaynarinfo xəbər verir ki, bu barədə paytaxt Ciddədə vəliəhd şahzadə Məhəmməd bin Salmanın rəhbərliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında qərar qəbul olunub.
 
Yeni qaydalara görə, Həcc ziyarəti zamanı siyasi və məzhəblə əlaqədar şüarların səsləndirilməsinə,  icazə verilməyəcək. 

Nazirlər Kabinetinin məlumatına görə, qərara əməl edilməsi üçün lazımi tədbirlər görüləcək.

Gülşən