Gürcüstanın keçmiş baş naziri, hazırda isə “Vahid Milli Hərəkat” Partiyasının baş katibi Vano Merabişvili təkadamlıq kameraya yerləşdirilib.
APA-nın verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Merabişvilinin vəkili Giorqi Çiviaşvili açıqlama verib.
Onun sözlərinə görə, Merabişvili özünü normal hiss edir, saxlanma şəraiti ilə bağlı onun şikayəti yoxdur.
“Merabişvili gümrahdır və mübarizəni davam etmək niyyətindədir. Hal-hazırda biz vaxtında təqdim olunacaq apelyasiya şikayəti üzərində çalışırıq”, deyə vəkil qeyd edib. Onun sözlərinə görə, saxlanma zamanı prosesual qaydaların pozuntusuna yol verilib.
“Keçmiş baş naziri saxlamaq səlahiyyətinə ədliyyə naziri və ya baş prokuror malikdir, buna görə də prosesual qaydaların pozulması göz qabağındadır”, deyə Giorqi Çiviaşvili əlavə edib.
O həmçinin Merabişvilinin həbsxanaya gətirilərkən başqa dustaqların səs-küy salması barədə xəbərləri təkzib edib.
Qaynar.info
Şərhlər