Salyan rayonunun Kürqaraqaşlı bələdiyyəsinin həbsdə olan keçmiş sədri Rövşən Hüseynov 2 saylı cəza evində ağır xəstəlikdən dünyasını dəyişib.
Virtualaz.org saytının məlumatına görə, 49 yaşlı Rövşən Hüseynov 2015-ci ildə məhkəmənin hökmü ilə 8,5 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, ağır şəkər xəstəsi olduğundan böyrək çatışmazlığından əziyyət çəkirdi.
Mərhum bu gün yaşadığı Kürqaraqaşlı kəndində torpağa tapşırılıb.
Şərhlər