Sentyabrın 30-da keçmiş deputat Rafael Cəbrayılovun işi ilə əlaqədar növbəti məhkəmə prosesi keçiriləcək.
Bu barədə Qaynarinfo-ya zərərçəkənlər məlumat verib.
Məlumata görə, sonuncu məhkəmə prosesi Rafael Cəbrayılovun vəkili Tərlan Azayevin səhhətində problem yarandığından sentyabrın 30-na təxirə salınıb. "Bizdə olan məlumata görə, vəkil koronavirus infeksiyasına yoluxub. Ondan əvvəl isə hakimin səhhətində problem yaranmışdı”, - deyə zərrçəkənlər bildirib.
Rəfael Cəbrayılov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.
Rafael Cəbrayılov 8 nəfəri müxtəlif vədlərlə aldadaraq onların toplam olaraq 1 milyon 550 min dollar pulunu mənimsəyib. Həmin şəslər aşağıdakılardır:
Təranə Fətəliyeva - 300 000 dollar
Məlahət Qurbanova - 580 000 dollar
Xatirə Nəcəfova - 200 000 dollar
Yusif Orucov - 200 000 dollar
Aynur Kazımova - 100 000 dollar
Şəfa Məmmədova - 80 000 dollar,
Bəşir Məmmədov - 60 000 dollar
Allahverdi Səfərəliyev - 30 000 dollar.
Keçmiş deputatın təqsiri sübuta yetirilərsə, 10 ilə qədər azadlıqdan məhrum edilə bilər.
Seyid
Şərhlər