Məşhur Hollivud aktrisası Demi Mur ağır xəstəlikdən əziyyət çəkən Brüs Uillisin həyat yoldaşını, onunla artıq birlikdə yaşamadıqlarını etiraf etməsindən sonra dəstəkləyib.
Qaynarinfo "The Hollywood Reporter”ə
istindla xəbər verir ki, aktrisa Emmanın qərarını düzgün hesab edir.
''Bu vəziyyətdə Emmaya böyük rəğbətim var. O, düzgün yolu seçməklə cəsarət və sədaqət nümayiş etdirdi. O, qorxu, güc və cəsarətin eyni dərəcədə mövcud olduğu bir vəziyyətdə ustalıqla hərəkət etdi'', deyə Mur bildirib.
Uillislə 13 il evli olan və onunla üç qızı olan Demi qeyd edib ki, o da aktyoru xəstəliklə mübarizəsində dəstəkləyir və onu olduğu kimi qəbul edir.
''İndi onu olduğu kimi qəbul etmək vacibdir'', deyə aktrisa əlavə edib.
Qeyd edək ki, 2022-ci ildə Brüsün ailəsi onun aktyor karyerasını rəsmi olaraq başa vurduğunu elan edib. Bir il sonra ''Sərt qoz'' ulduzuna frontotemporal demensiya – beynin alın və gicgah paylarını zədələyən proqressiv neyrodegenerativ xəstəlik diaqnozu qoyulub. Bu xəstəlik insanın davranışına, nitqinə, emosional tənzimlənməsinə və sosial bacarıqlarına da təsir göstərir.
Yaxın günlərdə isə onun həyat yoldaşı Emma uşaqlarının rahatlığı üçün Brüsdən ayrı yaşamaq qərarı verdiklərini açıqlayıb. ''Bu, həyatımda qəbul etdiyim ən çətin qərarlardan biri idi. Amma bilirdim ki, hər şeydən əvvəl Brüs bunu qızlarımız üçün istəyərdi'', deyə aktyorun sevimlisi vurğulayıb.
Alpər
Şərhlər