Xəbər lenti

Keçmiş nazirin qızının biznesi çökür (FOTO)
Ekonomiks 14:04 30.07.2022

Keçmiş nazirin qızının biznesi çökür (FOTO)

Keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin qızının da biznes obyektləri çökür. 

Qaynarinfo-nun məlumatına görə, sabiq nazirin qızı Suad Qarayeva hələ 2002-ci ildən ad və soyadının baş hərflərini özündə ehtiva edən "SQ-FUTURE" MMC-nin təsisçisidir. Bakı şəhəri, Səbail rayonu, Müslüm Maqomayev küçəsi, ev 22-də hüquqi qeydiyyatda olan şirkətin qanuni təmsilçisi Ülviyyə Məcidovadır.
 


Hazırda Suad Qarayevata məxsus olduğu deyilən şirkətin 5545 manat 16 qəpik borcu var. 

Həmin ünvanda 2006-cı ilin martında Əbülfəs Qarayevin həyat yoldaşı Kazımova Lalə Tofiq qızının təsisçiliyilə vaxtı ilə Mədəniyyət Nazirliyi tərəfindən maliyyələşdirilən "Yol+İlk Elmi Populyar Dərgi Redaksiyası” MMC də qeydiyyata alınıb. O, "Jazz Dostları” İctimai Birliyinin də təsisçisidir. 
 


Bu ilin yanvar ayında MMC-nin 2138.20 AZN vergi borcu var idisə, indi 2028 manat təşkil edir. 7 ay ərzində Lalə Kazımova 110 manat vergi borcunu qaytara bilib. 

Əhməd


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->