Ekonomiks 16:16 11.06.2021

Keçmiş nazirin şirkəti məhkəməyə verildi

"AtaSığorta” Açıq Səhmdar Cəmiyyəti (ASC) məhkəməyə verilib. 

HİT.Az xəbər verir ki, iddiaçı Abdullayev Ruslan Telman oğludur. Onun tələbi maddi ziyanın ödənilməsi ilə bağlıdır. İddia artıq icraata götürülüb. İşə Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin sədrliyi ilə baxılacaq.

"AtaSığorta” ASC 2004-cü il iyul ayının 21-də rəsmi dövlət qeydiyyatından keçib və həmin ilin sentyabr ayının 3-dən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir. Şirkətin təsisçisi "AtaHolding” MMC-dir. ASC-nin nizamnamə kapitalı 14,6 milyon. AZN təşkil edir. 

ASC-nin Direktorlar Şurasının sədri Ağakərim Məlik-Aslanov, İdarə Heyətinin sədri isə Orxan Məmmədovdur.

"AtaSırğorta” ASC-nin əsl sahibi keçmiş Vergilər naziri Fazil Məmmədovdur. Ağakərim Məlik-Aslanov əvvəl "Ata Bank” ASC-nin sədr müavini işləyib. Bu bankın İdarə Heyətinin sədri isə Fazil Məmmədovun bacısı oğlu Dəyanət Quliyev olub. "Ata Bank” ləğv edildikdən sonra ordakı kadrlar "AtaSığorta”ya transfer edilib.