Kəlbəcərdə təxribata cəhd zamanı yaralanan erməni hərbçilərin vəziyyəti ağırdır

Kəlbəcərdə təxribata cəhd zamanı yaralanan erməni hərbçilərin vəziyyəti ağırdır

Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədində atəşkəsi pozduqları üçün görülən cavab tədbirləri nəticəsində yaralanan 4 hərbçisindən birinin vəziyyəti son dərəcədə ağırdır.

Azvision.az erməni KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələrinin Hərbi Tibb Baş İdarəsinin rəisi Saak Ohanyan bildirib.

Onun sözlərinə görə, yaralılardan ikisinin vəziyyəti qənaətbəxş, birinin vəziyyəti orta ağırdır.

Xatırladaq ki, iyulun 28-i gecə saatlarında Ermənistan silahlı qüvvələri hərbçilərinin Azərbaycanla dövlət sərhədində atəşkəsi pozduqları üçün görülən cavab tədbirləri nəticəsində 3 erməni hərbçi ölüb.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu istiqamətində növbəti təxribatın qarşısı alınıb. Bölmələrimiz tərəfindən qarşı tərəfin atəş nöqtələrinin neytrallaşdırılması istiqamətində zəruri addımlar atılıb.
XƏBƏRLƏR
BLOGLAR
X