Ölkə 15:17 10.12.2019

Kəmaləddin Heydərov 51 yaşlı generalı işdən çıxardı (FOTO)

Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi olub.

Unikal.org-un məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi general-mayor Kənan Aşurlu vəzifəsindən azad edilib. Onun yerinə polkovnik Hikmət Abbasov təyin edilib.

Qeyd edək ki, H.Abbasov bu təyinatadək Bakı Regional Mərkəzinin rəis müavini vəzifəsində çalışıb.

FHN-dən Modern.az-a təyinatı təsdiqləyiblər.

Xatırladaq ki, işdən çıxarılan general 06.04.1968-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub.