Xəbər lenti

Kənd Təsərrüfatı Nazirliyində İSTEFA
Ölkə 17:05 21.05.2014

Kənd Təsərrüfatı Nazirliyində İSTEFA

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin sədri işdən getdi

Kənd Təsərrüfatı Nazirliyinin “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin sədri Əli Bayramov vəzifədən azad olunub. 

O, “Media forum” saytına deyib ki, mayın 21-də öz ərizəsi ilə işdən gedib: “Səhər tezdən kənd təsərrüfatı naziri Heydər Əsədovun yanına getdim. İşdən çıxarılmağım üçün ərizə verdim. Dedim ki, səhhətimdə problemlər var, müalicə üçün Türkiyəyə getməliyəm. Nazirlə söhbətimiz bir saatdan artıq davam etdi və ərizəmi götürdü.

Sonra nazir müavini “Aqrolizinq”ə gəldi. Kollektivi topladıq, nazir müavini çıxış etdi, işimdən razılıq etdi, xeyir-dua verdi. Mən 8 il burada işləmişəm. Hər şey normaldır, heç bir problem yoxdur”.

Əli Bayramov bildirib ki, artıq “Aqrolizinq”ə sədr əvəzi təyin olunub. Cəmiyyətin sədr müavini Elşən Məmmədov sədr səlahiyyətlərini həyata keçirəcək: “Nazirə bildirdim ki, bura çətin təşkilatdır, kənardan kimisə gətirmək problem olar. Ona görə də müavinim Elşən Məmmədovun namizədliyini irəli sürdüm. Elşən Məmmədov kənd təsərrüfatı üzrə elmlər namizədidir. Bu sahə ilə bağlı müxtəlif layihələrdə işləyib. Cavan və savadlıdır. Üç aydır müavin idi”.

Qaynar.info 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->