Xəbər lenti

Keniyada üç günlük matəm elan edilib
Dünya 23:35 24.09.2013

Keniyada üç günlük matəm elan edilib

 
Keniya prezidenti Uhuru Keniatta Nayrobidə 67 nəfərin həlak olması ilə nəticələnən terror aktı qurbanlarının xatirəsinə çərşənbə axşamı üç günlük matəm elan edib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti agentliyi Reyter agentliyinə istinadən xəbər verir.

Ötən şənbə günü Nayrobidə bir qrup silahlı adamlar dəbdəbəli Uestgate ticarət mərkəzinə gələn insanlara hücum ediblər. Hücuma görə məsuliyyəti Əl-Qaidə beynəlxalq terrorçu təşkilatı ilə əlaqəli olan "Əş-Şəbab" qruplaşması üzərinə götürüb.

200 nəfər xilas olunanlardan 175 nəfəri tibbi yardım üçün müraciət ediblər.

Prezidentin sözlərinə görə, əməliyyat zamanı "Əş-Şəbab" yaraqlıların beş nəfəri öldürülüb, daha 11 nəfəri saxlanılıb.


Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->