Xəbər lenti

Kəşfiyyat mübadiləsinin dayandırılması: ISW Ukrayna üçün nəticələri açıqladı
Dünya 10:49 06.03.2025

Kəşfiyyat mübadiləsinin dayandırılması: ISW Ukrayna üçün nəticələri açıqladı

ABŞ və Ukrayna arasında kəşfiyyat məlumatlarının mübadiləsinin dayandırılması Rusiya hərbi aviasiyasının xeyrinə ola bilər. Belə ki, bu halda Rusiyanın hücumlarının tezliyi arta və döyüşlərin gedişatına təsir edə bilər.  

Qaynarinfo xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) yeni icmalında deyilir. 

ABŞ kəşfiyyat məlumatlarına çıxış olmadan, Ukraynanın Rusiya Hava Hücumundan Müdafiə (HHM) sistemlərinə zərbə endirmək imkanları azalacaq. Rusiyaya məxsus təyyarələr isə daha aqressiv hərəkət edə biləcək və Ukraynaya qarşı idarə olunan bombalar və raketlər buraxmaq üçün məsafəni azaldacaq.  

"Qərb ölkələrindən Ukraynaya hər hansı bir yardımın dayandırılması Kremlin sülh sazişi çərçivəsində dəfələrlə irəli sürdüyü tələblərdən biridir", – deyə analitiklər xatırladıblar.  

"The New York Times" nəşri Ukrayna Silahlı Qüvvələrinin ABŞ-ın yardımı olmadan Rusiyaya nə qədər müddət müqavimət göstərə biləcəyini təhlil edib. Jurnalistlər qeyd edirlər ki, Avropa Ukraynanı dəstəkləyəcəyini vəd etsə də, silah təminatındakı boşluğu qısa müddətdə doldurmaq mümkün olmayacaq.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->