Dünya 16:58 18.08.2019

Kəşmirdə 4 min nəfər həbs edilib

Kəşmirdə son iki həftə ərzində 4 min nəfər həbs edilib.

Qaynarinfo xəbər verir ki, hökumət həbslərə Cammu və Kəşmirin muxtariyyət statusu ləğv ediləndən sonra başlayıb. Hindistan bölgəyə çox sayda hərbçi toplayıb.

Bildirilir ki, saxlanılanlar ictimai təhlükəsizlik qanununa görə, 2 il müddətinə azadlıqdan məhrum edilə bilərlər.

Qeyd edək ki, Kəşmir Pakistan və Hindistan arasında mübahisəli bölgədir. Ərazinin muxtariyyət statusu alınandan sonra Kəşmirdə vəziyyət gərginləşib. 

Gülşən