Maqazin 19:17 30.10.2019

Kevin Speysiyə qarşı məhkəmə işinə son qoyuldu

Amerikalı aktyor Kevin Speysiyə qarşı irəli sürülən cinsi zorakılıq ittihamı ilə bağlı məhkəmə işinə son verilib.

Qaynarinfo xəbər verir ki, qərara səbəb aktyora qarşı ittiham irəli sürən şəxslərin məhkəmədə iştirak etməməsidir.

İttihamçı K.Speysini 2016-cı ilin payız ayında Kaliforniyada yerləşən evində zorakılıq etməkdə günahlandırırdı. 

Qeyd edək ki, yay aylarında Kevin Speysini cinsi zorakılıqda ittiham edən 21 yaşlı Vilyam Litlın qaldırdığı məhkəmə prosesi sonlandırılmışdı.

Gülşən