Şahin Cəfərli

Blogger
Yazılar
24
Kılıçdaroğlunun hücuma məruz qalmasının pərdəarxası

Kılıçdaroğlunun hücuma məruz qalmasının pərdəarxası

Şahin Cəfərli

Kamal Kılıçdaroğlu bu gün Ankarada, şəhid cənazəsində hücuma məruz qaldı.

Jandarma yetişməsə, yəqin ki, linç edəcəkdilər.

Bu, İstanbulda seçkinin nəticələrini həzm etməyən hovuz mediasının apardığı kin-nifrət təbliğatının və MHP lideri Dövlət Bahçelinin son günlər insanları təhrik edən çıxışlarının nəticəsidir.

Bahçeli bugünkü bəyanatları ilə hərarəti daha da yüksəltdi. O, prezident Ərdoğanın "fikir ayrılıqlarımızı bir yana buraxaraq milli məsələlərdə Türkiyə İttifaqı olaraq hərəkət etməliyik" yanaşmasını rədd edərək ölkədə iki ittifaq - Cumhur və zillət ittifaqlarının olduğunu söylədi. Daha təhlükəlisi isə Bahçelinin "qutudan çıxanı qəbul etmək zorunda deyilik" sözləridir. Türkiyə demokratiyası tarixində ilk dəfədir ki, bir siyasi lider seçkilərin nəticələrini rədd etməyin mümkünlüyünü vurğulayır. Ankaradakı hadisə göstərdi ki, hüququ, Ana Yasanı heçə sayan bu cür mövqe ölkədə vətəndaş qarşıdurmasının fitilini alışdıra bilər.

Bahçeli son illər, xüsusən 15 iyul 2016-cı il olayından sonra, özünü Türkiyə dövlətinin sahibi, qoruyucusu kimi aparmağa başlayıb. MHP hökumətdə təmsil olunmur və ölkədəki vəziyyətə görə məsuliyyəti üzərinə götürmür, amma Bahçeli pərdə arxasından dövləti idarə etməyə çalışır. 

Dövlətin müvafiq qurumları və qanuni hökumət gərək ona anlatsınlar ki, o qədər də deyil, çox irəli getməyin...

OXŞAR XƏBƏRLƏR