Dünya 18:53 21.10.2018

Kim ABŞ prezidentinə "eşq məktubları" göndərib - Tramp açıqladı

ABŞ prezidenti Donald Tramp "Wahington Post"a verdiyi müsahibəsində Şimali Koreya lideri Kim Çen Indan aldığı məktubları öpdüyünü etiraf edib.

Qaynarinfo xəbər verir ki, nəşrin yazdığına görə, ABŞ prezidenti müsahibə zamanı Koreya yarımadası ilə bağlı mövzunu özü açıb və Kimdən gələn məktublar haqda danışıb.

"Sizə məktubları göstərəcəyəm. Eşq məktublarına oxşayır", - deyə Tramp bildirib.

Qeyd edək ki, ABŞ prezidenti bu il Şimali Koreyalı həmkarından 2 məktub alıb. Məktublardan biri 6 iyulda, digəri isə avqustun 1-də göndərilib.

Ağ Ev sözçüsü mətbuata açıqlamasında məktublarda nə yazıldığına dair məlumat verməsə də, Sinqapurda baş tutmuş görüşdən sonra davam edən bu məktublaşmanın iki ölkə arasındakı münasibətlərin yaxşılaşdırılmasında önəmli rola malik olduğunu vurğulayıb.
 
Çingiz