KXDR lideri Kim Çen In və Rusiya prezidenti Vladimir Putin Rusiyada ilk zirvə görüşünü keçirir.
Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, iki liderin görüşü Vladivostokun Russki adasında baş tutur. Qarşılaşmadan əvvəl Putin bu ölkənin humanitar sahədəki addımlarını yüksək qiymətləndirdiyini dilə gətirib.
Şimali Koreya ilə Rusiya arasında danışıqlar 4 saat davam edəcək. Vladimir Putin və Kim Çen In Koreya yarımadasının nüvə probleminin siyasi və diplomatik həll yolları, həmçinin Şimali Koreyaya tətbiq edilən sanksiyaların qaldırılması barədə müzakirələr aparacaq.
İki ölkə arasında rəsmi sənədin imzalanması planlaşdırılmır.
Gülşən
Şərhlər