Foto 18:52 04.12.2019

Kim Çen İn xəyallarındakı şəhərin açılışını etdi (FOTOLAR)

Şimali Koreyanın lideri Kim Çen İn xəyallarındakı şəhərin açılışını edib.

Qaynarinfo xarici mətbuata istinadən bildirir ki, mərasim böyük atəşfəşanlıq və konsert proqramı ilə qeyd olunub. Xalq Samdjiyon şəhərinə liderin gəlişini bayraqlar və böyük sevgi ilə qarşılayıb.

Qeyd edək ki, material çatışmazlığı səbəbindən inşası tez-tez dayandırılan və əsasən məktəblilərin yay tətilində çalışdırıldığı şəhər 10 ilə tamamlanıb.
 
Kim Çen İn bu şəhəri sosializmin gücünü əks etdirməsi üçün tikdirib. Ölkədən qaçmağa nail olanlar şəhərin inşasında iştirak edən gənclərin universitetə və ya İşçi Partiyasına qəbul edilmə vədi ilə 10 il ərzində gündə 12 saat çalışdırıldıqlarını, qarşılığında isə onlara sadəcə az miqdarda yemək verildiyini bildiriblər.