Xəbər lenti

Dünya 11:00 31.05.2021

Kim Çendən 24 gündür xəbər yoxdur

KXDR rəhbəri Kim Çen son 24 gündür ictimaiyyət qarşısına çıxmır. 

Qaynarinfo xəbər verir ki, 2021-ci ildə bu, onun yoxluğunun ən uzun çəkdiyi müddətidir. O, son dəfə 7 mayda - Pxenyanda konsertə gəldiyi vaxt görünüb.

Şimali Koreya liderinin vəziyyəti Şimali Koreya ilə əlaqələrə nəzarət edən Cənubi Koreya Birləşmə Nazirliyinin nümayəndəsini narahat edib. Məmur qeyd edib ki, Kim Çenin yoxluğunun səbəbi bilinmir.

Əvvəllər dövlət başçısının koronavirusa yoluxma qorxusu üzündən xalq arasında daha az görünməyə başladığı güman edilirdi. Bundan əlavə, onun ciddi xəstəliyi və hətta ölümü barədə şayiələr var.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->