Xəbər lenti

Ekonomiks 16:31 02.05.2024

"Bank VTB Azərbaycan"ın depozitlərinin həcmi 25 milyon manatdan çox azalıb

"Bank VTB Azərbaycan"ın 2024-cü ilin yanvar-mart aylarında depozitlərinin həcmi 79 milyon 284 min manat təşkil edib.

Valyuta.az bu barədə bankın maliyyə göstəricilərinə əsasən xəbər verir. 

Belə ki, "Bank VTB Azərbaycan"ın bu ilin birinci rübündə  depozitlərinin dəyəri 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 25 milyon 626 min manat, yaxud da 24,4% azdır. Həmçinin, bankdakı bu ilin 3 ayındakı depozitlərin həcmi 2023-cü ilin sonu ilə müqayisədə 10 milyon 67 min manat, yaxud da 11,2% azdır.

"Bank VTB Azərbaycan"da bu ilin birinci rübündə fiziki şəxslərin depozitlərinin həcmi 51 milyon 528 min manat təşkil  edib. Bu, 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 11 milyon 519 min manat, yaxud da 18,3% azdır. 

Bununla yanaşı, fiziki şəxslərin banka yatırdığı vəsaitlərin dəyəri 2023-cü ilin sonu ilə müqayisədə 21% və ya 13 milyon 777 min manat azdır.

"Bank VTB Azərbaycan"da 2024-cü ilin birinci rübündə hüquqi şəxslərin depozitlərinin həcmi 27 milyon 756 min manat olub. Bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14 milyon 107 min manat, yaxud da 33,7% azdır.

2024-cü ildə hüquqi şəxslərin depozitlərinin həcmi  2023-cü ilin sonu ilə müqayisədə 3 milyon 711 min manat yaxud da 15,4 % çoxdur. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->