XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

İnsanların daha uzun yaşadığı ada: Onun sirri nədir?
Dünya10:07 11.09.2026

İnsanların daha uzun yaşadığı ada: Onun sirri nədir?

Korsikanın bir qədər cənubunda yerləşən İtaliyanın Sardiniya adası “Mavi zonalar”dan biri kimi tanınır. Digər “Mavi zonalar” Yaponiyanın Okinava prefekturası, Yunanıstanın İkariya adası və Kosta-Rikadakı Nikoayadır. Sardiniya 1999-cu ildə burada çoxlu sayda uzunömürlü insanın yaşadığını ortaya qoyan araşdırmadan sonra bu siyahıya daxil edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə “Daily Mail” yazır.

Bildirilir ki, Sardiniyadakı “Mavi zona” mərkəzi Nuoro əyalətində yerləşir. Keçmişdə yolların pis vəziyyətdə olması səbəbindən bu əraziyə çatmaq çətin idi.

Nəşrin yazdığına görə, “bu ərazinin sakinləri yalnız ən yaxın icmalarına güvənə bilir, torpaqda işləməklə aktiv həyat tərzini qoruyur və yalnız özlərinin yetişdirdiyi məhsullarla qidalanırdılar”.

Bu məhsullar arasında üzüm də var idi. Buna görə də şərab onların qida rasionunun ayrılmaz hissəsinə çevrilmişdi.

Adadakı otellərdən birinin meneceri Cüzeppe Fornillo bildirib ki, “polifenollar onların sağlamlığına müsbət təsir göstərib”.

Sardiniyada turistlər xüsusilə yerli mətbəxi qeyd edirlər. Bəzi kurortlarda qonaqlara “Mavi zona” simvolu ilə işarələnmiş yeməklər təqdim olunur. Bu simvol yeməklərin uzunömürlülüyə töhfə verdiyi düşünülən inqrediyentlərdən hazırlandığını göstərir.

Məsələn, bunların arasında kabak, pomidor və kaperslə təqdim edilən qədim taxıl növü farro ola bilər. Digər seçim isə ekstra virgin zeytun yağı və çili bibəri ilə hazırlanan qril krevetləridir. Müəllifin fikrincə, bütün bunların yanında, əlbəttə ki, bir və ya üç qədəh şərab içmək də lazımdır.

Aydın