“Fənərbağça”nın baş məşqçisi İsmail Kartal vəzifəsindən istefa verdiyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin “Sporx” nəşri məlumat yayıb. Kartal qərarını 10 sentyabr 2026-cı ildə açıqlayıb.
Təcrübəli mütəxəssisin istefası komandanın son nəticələri fonunda gündəmə gəlib. “Fənərbağça” sentyabrın 5-də Türkiyə Super Liqasının IV turunda doğma meydanda “Beşiktaş”a 1:2 hesabı ilə məğlub olmuşdu. Həmin qarşılaşmadan sonra Kartal nəticəyə görə bütün məsuliyyəti öz üzərinə götürərək azarkeşlərdən üzr istəmişdi.
Bu gecə isə komanda Ç3mpionlar Liqasında "Roma" ilə heç-heçə edib.
İsmail Kartal 2026-cı il iyunun 18-də yenidən “Fənərbağça”nın baş məşqçisi təyin edilmişdi. Türkiyə Futbol Federasiyasının məlumatına əsasən, onun klubla müqaviləsi 2027-ci il iyunun 30-dək nəzərdə tutulmuşdu.
Beləliklə, 65 yaşlı mütəxəssisin “Fənərbağça”dakı növbəti dönəmi təxminən üç aydan sonra başa çatıb. Klub müqavilənin rəsmən ləğvi ilə bağlı ayrıca açıqlama hələlik yaymayıb.
Aydın
Şərhlər