Dünya 11:47 12.05.2020

Kimlərdə Covid-19-a ummunitet yaranır? - Bioloq

Koronavirusa yoluxan xəstələrinin 7-8%-ində böyük miqdarda anti-cismin çoxluq təşkil etdiyi immunitet formalaşır. Qaynarinfo xəbər verir ki, bunu GMU (ABŞ) Sistem Biologiya Məktəbinin professoru Ança Baranova deyib.

Qaynarinfo-nun RİA "Novosti"yə istinadən məlumatına görə, o qeyd edib ki, ümumiyyətlə, ən sabit immunitet ciddi xəstəliyi olan yaşlı xəstələrdə yaranır.

Biologiya elmləri doktoru qeyd edib ki, xəstəliyi yüngül şəkildə olanlar anti-cismlər deyil, interferonlar sayəsində sağalıblar.

Baranova onu da əlavə edib ki, infeksiyadan sonra bir ay ərzində immunitet nəzərəçarpacaq dərəcədə aşağı düşür, bu da yenidən yoluxma riskini artırır.

Alpər