Xəbər lenti

Kirayə mənzil almaq istəyənlərə şad xəbər
Ölkə 23:33 28.02.2020

Kirayə mənzil almaq istəyənlərə şad xəbər

İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə yaşayış sahələrinin siyahısını genişləndirib.

Fonddan Qaynarinfo-ya verilən məlumata görə, ilkin mərhələdə fond tərəfindən vətəndaşlara 331 mənzil kirayə təklif olunub. Hazırda kirayə mənzillərin sayı artırılaraq 530-a çatdırılıb.

Əhalinin tələbini nəzərə alaraq fond tərəfindən mənzil fondunun formalaşdırılması davam etdirilir. Kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla bu link vasitəsilə tanış olmaq mümkündür.

Həmçinin bu gündən İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə elektron kabinetin yaradılması və elektron müraciətlərin formalaşdırılması prosesinə başlanılıb. Gün ərzində 3000-dək vətəndaş elektron kabinetin yaradılması üçün müraciət edib və hazırda proses davam edir.

Xatırladaq ki, "Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə yaşayış sahəsini seçmək imkanı yalnız Fond tərəfindən müraciətə baxıldıqdan və razılıq barədə qərarın qəbul edilməsindən sonra yaranır.

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı fondun internet səhifəsindən (www.mcgf.az), habelə "1549” Çağrı mərkəzinə zəng etməklə təlimatla tanış olmaqla əldə etmək mümkündür.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->