Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər, qadınlar və ustadlar arasında Azərbaycan çempionatında ikinci yarış günü başa çatmaq üzrədir.
Qaynarinfo Trend-ə istinadən bildirir ki, Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.
Kişi ağır atletlərin yarışında artıq bütün qaliblər müəyyən edilib. Son olaraq 85, 94, 105 və +105 kq çəki dərəcələrində mübarizə yekunlaşıb. Müvafiq olaraq, Kamran İsmayılov, Nailxan Nəbiyev, Əliş Nəzərov və Azər Məmmədli qızıl medala sahib çıxıb.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.
85 kiloqram
94 kiloqram
105 kiloqram
+105 kiloqram
Şərhlər