Xəbər lenti

Kişilər gənc qadınlarla münasibətdə özlərini niyə daha xoşbəxt hiss edir? - ARAŞDIRMA
Dünya 11:35 22.06.2025

Kişilər gənc qadınlarla münasibətdə özlərini niyə daha xoşbəxt hiss edir? - ARAŞDIRMA

London Metropolitan Universitetinin psixologiya fakültəsinin alimləri tərəfindən aparılan araşdırma göstərib ki, kişilər özlərindən əhəmiyyətli dərəcədə gənc qadınlarla münasibətdə olduqda daha xoşbəxt olurlar. 

Qaynarinfo xəbər verir ki, məlumatı "Psychology Today” nəşri yayıb.

Tədqiqat qrupu Samanta Benberi rəhbərliyində iki fərqli iştirakçı qrupu üzərində işləyib. Birinci qrupda kişilər özlərindən 7 və ya daha çox yaş kiçik qadınlarla münasibətdə olub, ikinci qrupda isə qadınlar özlərindən yaşca böyük partnyorlarla münasibət qurub. Nəticələrə əsasən, birinci qrup – yəni yaşca böyük kişi və gənc qadın münasibəti yaşayanlar – öz münasibətlərindən daha çox xoşbəxtdir.

Qadınlarda isə belə bir fərq müşahidə edilməyib: onlar həm özlərindən böyük, həm də kiçik kişilərlə münasibətdə eyni dərəcədə xoşbəxt olduqlarını bildiriblər.

Tədqiqat intim yaxınlıq sahəsində də maraqlı nəticələr verib. Həm heteroseksual, həm də homoseksual iştirakçılar yaşca kiçik partnyorla münasibətdə olduqda özlərini daha xoşbəxt və razı hiss etdiklərini bildiriblər.

Araşdırmada 126 könüllü iştirak edib. Onlar ümumi rifah halı, münasibətdən razılıq və tanışlığa münasibət mövzularında müxtəlif sorğuları cavablandırıblar.

Bundan əlavə, araşdırmada cütlüklərdə maliyyə sabitliyi məsələsi də öyrənilib. Məlum olub ki, özlərindən yaşca böyük kişi ilə münasibətdə olan qadınlar və yaşlı kişi ilə münasibətdə olan gənc kişilər bu münasibətləri maliyyə baxımından daha sabit qiymətləndirirlər. Lakin bu effekt yaşca böyük qadınlarla münasibətdə olan kişilərdə və ya yaşlı qadınla münasibətdə olan qadınlarda müşahidə olunmayıb.

Məqalədə yekun olaraq belə nəticə çıxarılıb: "Əgər sual yaranırsa ki, yaş fərqli münasibətlərdə kim daha xoşbəxtdir - cavab aydındır: əksər hallarda yaşca böyük partnyor, xüsusilə də kişilər, daha çox razılıq hissi yaşayır”.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->