Xəbər lenti

KİV: ABŞ-ın Ukraynaya hərbi texnika tədarükü daha bir neçə il davam edəcək
Dünya 23:55 04.03.2025

KİV: ABŞ-ın Ukraynaya hərbi texnika tədarükü daha bir neçə il davam edəcək

ABŞ-ın əvvəlki administrasiyası tərəfindən təmin edilən hərbi təchizatın böyük hissəsi artıq Ukraynadadır və Kiyev illər boyu Amerika silahlarını almağa davam edəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə "ABC News"a vəziyyətlə tanış olan iki mənbə bildirib.

Prezident Co Bayden vəzifəsinin son aylarında Ukraynaya 3 milyard dollarlıq silah göndərilməsini əmr edib. Telekanalın mənbələrinə görə, bunlar əsasən döyüş sursatları və tank əleyhinə sistemlərdir.

Bəzi zirehli maşınlar çatdırılmamış qalır. "ABC News" mənbələri bildiriblər ki, yeni administrasiya onların çatdırılmasını dayandırmağa cəhd edə bilər, lakin buna heç bir meyl göstərməyib. Bundan başqa, telekanalın qeyd etdiyi kimi, Ukrayna hakimiyyətinin özəl istehsal şirkətləri ilə bağladığı müqavilələr əsasında ABŞ-dan Ukraynaya stabil silah tədarükü ən azı yaxın bir neçə il davam edəcək. Bu müqavilələrin demək olar ki, hamısını artıq Ukrayna tərəfi ödəyib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->