ABŞ mediası Suriya prezidenti Bəşər Əsədlə bağlı yeni xəbər yayıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Əsədin ABŞ-ın Suriyada hərbi əməliyyatlara başlaması ehtimalını nəzərə alaraq Şamdakı prezident sarayından ayrılaraq, Rusiyaya aid hərbi hava bazasına sığındığı iddia edilir.
Qeyd edək ki, 2 gün əvvəl də Əsədin İrana qaçdığı iddia olunmuşdu. Lakin o, Suriyanın paytaxtı Şamda ortaya çıxmışdı.
Əsədin pəncərələri belə olmayan sığınacaqda tək qaldığı söylənilir. Bundan başqa, ABŞ mediasında ölkənin 7 hərbi təyyarəsinin Şərqi Aralıq dənizi hövzəsində, Rusiyanın Hmeymim hava bazası və Tartus dəniz donanması yaxınlarında kəşfiyyat xarakterli uçuşlar etdiyi də söylənir.
Nərmin Həsənli
Şərhlər