Böyük Britaniyanın Baş naziri Boris Conson istefa verib.
Qaynarinfo xəbər verir ki, o, bu barədə xalqa müraciəti zamanı bildirib.
"Yeni lider seçilənə qədər mən bu gün təyin etdiyim kabinetlə birgə vəzifəmə davam edəcəyəm”, - deyə Conson qeyd edib.
12.39
Böyük Britaniyanın baş naziri Boris Conson bu gün Mühafizəkarlar Partiyasının lideri vəzifəsindən istefa verəcək
Qaynarinfo BBC saytına istinadla xəbər
verir.
Conson payıza qədər baş nazir vəzifəsini davam etdirəcək.
Bu yay Mühafizəkarların liderlik yarışı olacaq və oktyabrda Tori partiya konfransında yeni baş nazir seçiləcək.
Nurlan
Şərhlər