Xəbər lenti

Türkiyədən ABŞ-İran arasında atəşkəslə bağlı ilk rəsmi açıqlama
Dünya 13:34 08.04.2026

Türkiyədən ABŞ-İran arasında atəşkəslə bağlı ilk rəsmi açıqlama

Türkiyə Xarici İşlər Nazirliyi ABŞ ilə İran arasında əldə olunan 15 günlük müvəqqəti atəşkəs qərarını müsbət qiymətləndirib. Nazirlik tərəfləri razılaşmaya tam əməl etməyə və atəşkəsin sahədə effektiv şəkildə tətbiqinə çağırıb.

Qaynarinfo xəbər verir ki, rəsmi açıqlamada bildirilib ki, bölgədə artan gərginlik fonunda əldə olunan bu razılaşma mühüm addımdır. 

Nazirlik vurğulayıb ki, atəşkəsin tam icrası və tərəflərin əldə olunan razılaşmaya sadiqliyi xüsusi əhəmiyyət daşıyır. Qeyd olunub ki, davamlı sülhə gedən yol yalnız dialoq, diplomatiya və qarşılıqlı etimad üzərindən mümkündür.

Açıqlamada həmçinin bildirilib ki, İslamabadda keçiriləcək danışıqların uğurla nəticələnməsi üçün Türkiyə bütün dəstəyini davam etdirəcək.

Bundan əlavə, prosesdə oynadığı rola görə Pakistan tərəfinə təşəkkür edilib və ölkənin sülhə verdiyi töhfə yüksək qiymətləndirilib. Türkiyə tərəfi regionda sabitliyin təmin olunmasına yönəlmiş bütün təşəbbüslərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
 
Günay
--> -->