Ermənistanın hüquq-mühafizə orqanları Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın həbsinə hazırlaşır.
Qaynarinfo xəbər verir ki, bu barədə "00" portalı məlumat yayıb.
Qasparyana qarşı cinayət işinin başlanacağı vurğulanır. "Ermənistan hakimiyyəti onu həbs etmək niyyətindədir”, - nəşr yazır.
Xatırladaq ki, Ermənistan prezidenti Armen Sarkisyan Qasparyanın istefası ilə bağlı Baş nazir Nikol Paşinyan tərəfindən tələb olunan fərmanı imzalamayıb. Baş Qərargah israrla Qasparyanın vəzifələrini yerinə yetirməyə davam edəcəyini bəyan edir.
Alpər
Şərhlər