Xəbər lenti

İdman 12:17 01.09.2020

KİV: “Mançester Siti” Messinin təqdimatına hazırlaşır

"Barselona” klubunun rəhbərliyi hesab edir ki, Lionel Messinin komandadan getməsinin yeganə yolu bir il gözləmək və maaşından imtina etməkdir.

Qaynarinfo xəbər verir ki, Leo koronavirus testindən keçmədiyinə görə klub tərəfindən cəzalandırılmayacaq. Ancaq "Barselona" rəhbərliyi oyunçuya məşqə çıxmadığı günlər üçün maaş verməyəcək.

Bu fonda "Barselona” İvan Rakitiçi "Sevilya”ya buraxmağı, Luis Suarezi "Yuventus”a, Arturo Vidalı isə "İnter”ə göndərməyi planlaşdırıb. 

KİV-in məlumatına görə, "Mançester Siti” Messinin təqdimatına hazırlaşmağa başlayıb.

Bu arada La Liqada mövsümün 12-13 sentyabrda başlayacağı məlum olub. "Barselona" və "Real" arasında "El-Klasio"lar 25 oktyabr və 11 apreldə baş tutacaq. Messi çempionatın başlanğıcında oynamayacağını açıqlayıb.
 
Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?