Dünya 09:41 10.12.2013

Kiyevdə vəziyyət gərginləşir - FOTOLAR


Ukrayna paytaxtında keçirilən etiraz aksiyasının iştirakçıları Zabitlər evinin yaxınlıqdakı ərazini tərk edir.

APA-nın “İnterfaks-Ukrayna” agentliyinə istinadən verdiyi məlumata görə, onlar Azadlıq meydanına doğru irəliləyir.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən çadır şəhərciyi söküldükdən sonra etirazçılar milis kordonundan maneəsiz keçərək Maydana doğru istiqamət alıb. Onlar “Yaşasın Ukrayna”, “Zek, rədd ol” kimi şüarlar səsləndirir.

Verilən digər məlumata görə, hüquq-mühafizə orqanları prezident administrasiyasının mühafizəsini gücləndirir.

Qaynar.info