Xəbər lenti

Kiyevdən Krımla bağlı Moskvaya qəribə təkilf
Dünya 17:33 25.01.2021

Kiyevdən Krımla bağlı Moskvaya qəribə təkilf

Ukrayna səlahiyyətliləri Rusiya Federasiyasına "Krımın işğaldan çıxarılması” platformasına qoşulmağı təklif edəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmmitri Kuleba "Ukrayna 24” telekanalına danışıb.

"Biz bir dəvət göndərməyi planlaşdırırıq - bu, Krım platformasına qoşulmaq və Krımın işğaldan çıxarılması ilə bağlı danışıqlara başlamaq üçün Rusiya Federasiyasına dəvət olacaq", - Kuleba deyib və Moskvanın cavabının mənfi olacağına şübhə etmədiyini bildirib.

Krım Platformasının yaradılması təklifi Ukrayna Prezidenti Vladimir Zelenski tərəfindən keçən ilin sentyabrında BMT Baş Assambleyasının 75-ci sessiyasında səsləndirilib. Zelenski təşəbbüsünün artıq Avropa və Şimali Amerikada dəstəkləndiyini bildirib.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->