Dünya 16:19 25.01.2014

Kiyevə yeni mer təyin olundu

Ukrayna prezidenti Viktor Yanukoviç ölkə paytaxtı Kiyevin administrasiya rəhbəri Aleksandr Popovun vəzifəsindən kənarlaşdırılmasını təsdiqləyib.

Şəhər meri postuna Vladimir Makeyenko təyin olunub. Milli.Az UNİAN-a istinadən bildirir ki, müvafiq fərmanlar Ukrayna prezidentinin rəsmi saytında yerləşdirilib.

V.Makeyenko Ukraynada iqtidarda olan Regionlar Partiyasının mənsubu, Ali Radanın deputatıdır. A.Popov vəzifəsindən ötən ilin dekabr ayının ortalarında kənarlaşdırılmışdı. O, Kiyevin mərkəzindəki Maydan Nezalejnostidə noyabrın 30-da etiraz aksiyasının dağıdılması zamanı onlarla adamın yaralanmasında günahkarlardan biri sayılır.

Qaynar.info