Dünya 11:48 12.01.2021

Kleopatranın gözəlliyi haqqında mifi düşməni yaradıb – Alimlər

Misir kraliçası Kleopatra Ptolemey sülaləsinin sonuncusu idi. Bütün adi insanlar onu bizim eradan əvvəl I əsr siyasətində intriqalar və zahiri görünüşünə görə uğur qazanmış "heyrətamiz gözəllikdə" qadını kimi tanıyırlar. 

Qaynarinfo xatırladır ki, misirli qadının bu görüntüsü ölümündən dərhal sonra formalaşmağa başlayıb. Bu, böyük ölçüdə ilk Roma imperatoru Oktavian Avqustun xidmətidir. Tarixçi Sara Pomeroyun Discover jurnalına dediyi kimi, Oktavian siyasi rəqibi Mark Antoninin arvadının pis görünməsində maraqlı idi. Romadakı vətəndaş müharibəsini konsullardan birinə "xarici afətin" təsiri nəticəsində baş verdiyini əsaslandırmaq istəyirdi.

Kleopatranın görünüşü ilə bağlı hələ də dəqiq bir fakt yoxdur. Tarixçilər xatırladır ki, onun qalıqları heç vaxt tapılmayıb.

Qədim Misirdəki portretlər çox özünəməxsus idi. Misirşünas Robert Biyançi qəsdən Roma xüsusiyyətlərinin Kleopatranın profilinə süni şəkildə müncər edildiyinə inanır. Alimlər Kleopatranın etnik mənsubiyyətini müəyyənləşdirməyin hələ mümkün olmadığını xatırladırlar.

Ptolemey sülaləsi Makedoniya əsilliydi. Mütəxəssis Maykl Qranta görə, Kleopatrada bir damla misirli qanı olmayıb. Ancaq bir çox tarixçi onunla razılaşmır - Kleopatranın ana xətti az öyrənilib.

Misirşünas Sallə-Ənn Əşton gözəlliyin o qədər də vacib olmadığını vurğulayir, çünki kraliça güclü və təsirli siyasətçi idi.
 
Alpər