Xəbər lenti

Klinika rəhbərinin ölkədən çıxışına
Ekonomiks 18:36 11.06.2025

Klinika rəhbərinin ölkədən çıxışına "stop" qoyuldu - 600 mindən çox borcu var

Tibbi fəaliyyətlə məşğul olan "Planeta" İstehsal Kommersiya Şirkətinin külli miqdarda vergi borcu yaranıb. 

Qaynarinfo-nun məlumatına görə, hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Cavad Xan küçəsi ev-24 göstərilən şirkətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 677.926,08 AZN vergi borcu var. 

Borca görə şirkətin rəhbərinin ölkədən çıxışına da məhdudiyyət qoyulub. Həmçinin Dövlət Vergi Xidməti tərəfindən aparılan operativ vergi yoxlaması nəticəsində "Planeta" İstehsal Kommersiya Şirkəti barəsində 1000 manat maliyyə sanksiyası tətbiq edilib. 

Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Yaqubov Elxan Ənvər oğludur. O, "Planeta" şirkətinin təsisçisi və direktorudur. Elxan Yaqubov həm də Bioloji Təbabət Klinikasının təsisçisidir. 

Əhməd
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->