İdman 19:59 19.01.2019

Klublarımız Antalyada: 2 qələbə, 1 heç-heçə

Antalyada təlim-məşq toplanışında olan Azərbaycan klubları yoxlama oyunları keçirir.

Qaynarinfo xəbər verir ki, bu gün 3 klubumuz meydana çıxıb.

Topaz Premyer Liqasının debütantı "Sabah” Macarıstan təmsilçisi MTK ilə üz-üzə gəlib. Bunadək keçirdiyi oyunlarda uduzmayan paytaxt təmsilçisi uğurlu seriyasını davam etdirib. Rəqib hesabı açmasına baxmayaraq, təmsilçimiz onları buna peşman edib - 3:1. "Sabah"ın qollarına Vadim Abdullayev, Marko DeviçCavid İmamverdiyev imza atıb.

Qeyd edək ki, Bakı klubu Antalyadakı ilk oyununda Türkiyə "Əskişəhərspor”una 1:0 hesabı ilə qalib gəlmiş, ardınca Qazaxıstan "Tobol”u ilə heç-heçə etmişdi - 2:2.
 
Digər Premyer Liqa təmsilçisi "Səbail” isə İsveçrənin "Sürix” klubu ilə qarşılaşıb. Qarşılaşma 1:1 hesabı ilə yekiunlaşıb. Təmsilçimizin qoluna Ağabala Ramazanov imza atıb.

Bu, paytaxt təmsilçisinin Antalyada 2-ci oyunu olub. "Səbail" İlk matçında Macarıstan klubu "Aqvital”a 3:2 hesabı ilə qalib gəlmişdi.
 
"Qarabağ" iəs Çexiyanın "Bohemians” klubu ilə görüşüb. Hesabı çexlər açsa da, "Qarabağ" 36-cı dəqiqədə Filip Ozobiçin qolu ilə bərabərliyi təmin edib.  62-cı dəqiqədə Donald Gerye ikinci qolu vurub. Son dəqiqədə isə Simeon Slavçev fərqlənib - 3:1.

"Qarabağ" Antalyadakı ilk oyununda Macarıstanın "Uypeşt” klubuna 0:1 hesabı ilə uduzmuşdu.