Dünya 17:11 28.11.2013

“Könül istərdi ki, bu tədbir Şuşada keçirilsin”

İstanbulda iki gün davam edən I Türk Dünyası Gənc İş Adamları toplantısı artıq başa çatıb. 20 ölkədən 150 iş adamının qatıldığı tədbirdə Türk Cumhuriyyətlərinin iqtisadiyyat, ticarət və digər sahələrdə bir-birinə inteqrasiya məsələləri müzakirə edilib.

Toplantıya qatılan iş adamları təmsil etdikləri ölkələrin iqtisadiyyatı, yatırımları, qarşılıqlı investisiyalar, həyata keçirdikləri layihələr barədə maraqlı məlumatlar verib, fikirlərini konkret rəqəmlərlə əsaslandırıblar. 

Tədbirdən sonra iş adamlarının toplantı ilə bağlı təəssüratlarını, türkdilli ölkələr arasında iqtisadi münasibətlərin daha da güclənməsi, inteqrasiya msələləri ilə bağlı münasibətlərini öyrənib. Dünya Türk Gəncləri Birliyinin sədri, sabiq millət vəkili Əkrəm Abdullayev toplantının yüksək səviyyədə keçdiyini və iş adamlarının toplantıdan çox məmnun qaldığını söylədi. O, belə bir toplantının keçirilməsi məqsədinin dünya ticarətində türkdilli xalqların rolunun artırılması olduğunu bildirdi. “Toplantının nəticəsi olaraq Türk Dünyası Gənc İş Adamları Birliyinin yaradılacaq. Bu da səbəbsiz deyil. Çünki dünya ölkələrinin əksəriyyəti iqtisadi sahədə türk dünyasını kölgədə qoyur. Təbii ki, dünyada güc əldə etməyin birinci və əsas yolu da iqtisadiyyatdan keçir. Odur ki, biz də Dünya Türk Gəncləri Birliyi olaraq türk dünyasının güclərini birləşdirmək qərarına gəldik. Bu toplantının nəticələrinə baxdıqda türkdilli ölkələrin bu sahədə atdığı ilk addımı görmək olar. Çünki 20 ölkədən 150 iş adamının toplantıya qatılması onların da dünya iqtisadiyyatnda gücləri birləşirmək istəyindən irəli gəlir. Əsas ilk addımın atılmasıdır. İlk addımından sonra uğurlar davamlı olur. Tədbirdə iş adamları gördükləri işlər, xarici ölkələrə etdikləri yatırımlar və təklif etdikləri xidmətlər barədə ətraflı məlumat vermələri türk dünyası iş adamlarının qarşılıqlı əlaqələrini daha da gücləndirəcək. Iqtisadi əlaqələrdən çox gənclər bu tədbirdə türk dünyası xalqlarının iqtisadiyyatı, mədəniyyəti və incəsənəti, tarixi ilə bağlı ətraflı məlumatlar aldılar. İnanıram ki,  bu da onların gələcək iş həyatlarında vacib rol oynayacaq. Odur ki, türkdilli xalqların bir yerə toplanması və qarşılıqlı münasibətlərin istiləşməsi, Türk Cümhuriyyətlərinin iqtisadiyyatlarını daha da gücləndirmələri üçün belə toplantıların tez-tez keçirilməsinə ehtiyac var”. 

Türk Elmi Araşdırma Qurumunun baş katibi Fateh Şahin rəhbərlik etdiyi qurumun yeddi ölkə, o cümlədən Azərbaycanla müxtəlif layihələr, projelər, iş protokalları imzaladıqlarını bildirib. Bundan sonra da Türk Cümhuriyyətlərlə daha sıx  və səmərəli layihələr gerşəklədiriləcəyini vurğulayıb: “Belə bir toplantının keçirilməsi türkdilli  xalqlar və toplumlar arasındakı münasibətlərin daha da istiləşməsinə səbəb olacaq. Türk Cümhuriyyətləri təmsilçilərinin bir araya gəlməsi çoxdan lazım idi. Onların qarşılıqlı iqtisadi əlaqələr qurması üçün ilk olaraq bir-birini yaxından tanımaq və gördükləri işlər barədə daha dolğun məlumat almaq vacib idi. Belə bir tanışlıq bu toplantıda baş tutdu. Odur ki, bundan sonra türk dünyasında fikir və iş birliyi bir arada olacaq”.

İstanbul Universitetinin iqtisadiyyat fakültəsinin professoru Kutluk Kağan Sümer Orta Asiya ökələrinə yatırılan xarici investisiyalara görə Azərbaycanın 8 ölkə arasında altıncı yerdə qərarlaşdığını söyləyib. Bildirib ki, Azərbaycan  Çin, Rusiya, Qazaxıstan, Türkiyə, Türkmənistandan sonra xarici investorların investisiya yatırdığı ölkədir. “Məsələn,  Çinə 116011 milyon dollar sərmayə yatırılırsa, bu göstərici Azərbaycana 2899 milyon dollardır. Azərbaycanın sərmaye və xarici ticarət sahəsindəki payı da dünya ilə müqayisdə çox azdır. Belə ki, Türk Cümhuriyyətləri arasında ticarətə baxanda görürük ki, xüsusilə də Türkiyədə mexanik cihazlar, qaynaq maşınları və alətləri, televizorlar, səs sistemləri Azərbaycan, Türkmənistan və Qazaxıstanda yanacaq, Özbəkistan və Qırğızıstanda isə süd və süd məhsulları ilə bağlı xarici ticarətdə uğurları qaçıılmaz olacaq. Amma bütün bunlara baxmayaraq, Türk Cümhuriyyətləri arasındakı xarici ticarət çox təəssüf ki, görünmür. Hətta sərhəd qonşusu olan ölkələr də buna vəsilə ola bilməyib. Türk iqtisadiyyat birliyi və türk birliyi bölgənin güc, bazar, enerji savaşlarında əriyib yox olmasına mane ola biləcək yeganə yoldur”.

Dünya Türk Gəncləri Birliyinin sədr müavini Şəmsəddin Kuzeci belə bir toplantının keçirilməsi gənclər arasında bir ilk olduğunu söylədi. O, toplantıya yüksək qiymət verərək türkdilli ölkələr arasındakıiqtisadi münasibətlərin daha da güclənəcəyini qeyd etdi.  "Dünya Türk Gənclər Birliyi ilklərə imza atmağa alışıb. 1998 çi ildə Dünya Türk Yazıçılar Birliyi, 2003- çüncü ildə Qazaxıstanda Türk Dünyası Gənc Elm Adamları birlikləri yaradaraq ilklərə imza atmışıq.  Birliyini yaradaraq ilklərə imza atdı. Bundan sonra isə 2012ci il İstanbulda 15- ci Türk Dünyası Genclik günləri qurultayında türk dünyası qadın bir araya gətirildi. O da çox gözəl bir tədbir oldu. Onlar da bundan sonra aktiv işləmə başladılar. Bu gün də çox önəmli bir işə imza atmaq istədik. Türk Dünyası Gənc İş Adamlarını bir araya gətirərək, fərqli fikirli insanları bir araya gətirdik, onlar arasında bir körpü yaratdıq. Bu toplantının nəticələrində isə  türk iş adamlarının birliyinin təşkil edilməsi nəzərdə tutulur. Bu birliyi isə iş adamlarına təsil verib kənardan müşahidə edərək onlara dəstək olacağıq. 

Azərbaycan Respublikası Gənclər Təşlilatları Milli Şurasının sədr müavini,  Azərbaycan heyətinin rəhbəri Mirhəsən Seyidov toplantının çox uğurla həyata keçirildiyini və tədbirdə qaldırılan məsələlərin qusursuz olaraq  gerçəkləşdirildiyini bildirdi. O, belə toplantıların Azərbaycan gənclərinin və iş adamlarının gələcək işlərində, həyatlarındamüsbət irəliləyişlərə yol açacağını qeyd etdi. 

“Hesab edirəm ki, Azərbaycan hökumətinin verdiyi dəstəklə Dünya Türk Gənclər Birliyinin Türk Dünyasını bir araya gətirməsi həqiqətən türk dünyası üçün atılmış ən böyük addımlardan biridir. Birlik Türk Dünyası  xalqlarını bir araya gətirməsi ilə onların mədəniyyət, incəsənət, tarix, iqtisadiyyat, eyni zamanda gəncliyini bir araya gətirmiş oldu. Bununla da dünya türk gəncləri qarşılıqlı olaraq türk dünyasının mədəniyyəti, iqtisadiyyatı, tarixi  haqqında olan bir çox məlumatları bir-biriləri ilə paylaşmaq və tanışmaq imkanı əldə etdi. Bu konfransda qəbul edilən qərarlar yəni, Türk Dünyasının Gənc İş adamlarının eyni platforma adı altında birləşməsi, türk dünyası gənc iş adamlarının gələcəkdə bir yerdə atacağı addımlar, perespektivlər və görcəyi işləri bir daha genişləndirmək imkanı əldə etmiş oldular. Düşünürəm ki, toplantı  Azərbaycan gənc iş adamları üçün yeni əlaqələrin qurulmasında, yeni işlərin görülməsində xeyirli və uğurlu oldu. Könül istərdi ki, bu kimi tədbirlər türk dünyasının döyünən ürəyi, Qarabağda , Şuşada keçirilsin”

Qaynar.info