Baş Prokurorluq yeni korrupsiya faktı ilə bağlı məlumat yayıb.
Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin direktor müavininin qanunsuz hərəkətləri barədə Ağcabədi rayon sakinlərinin müraciətləri Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.
Araşdırma zamanı kollecin direktor müavini Ələmdar Əliyevin öz qulluq mövqeyindən istifadə etməklə müxtəlif vaxtlarda Ağcabədi rayon sakinlərindən onların övladlarını kollecə qəbul etdirəcəyi adı altında ümumilikdə 5.200 manat məbləğində pul vəsaitini alaraq aldatmasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam etdirilir.
Qaynar.info
Şərhlər