Xəbər lenti

İdman 22:41 14.03.2019

Komandamız şahmat üzrə dünya çempionatında yeddinci oldu

Astanada Azərbaycanın kişi şahmatçılarının da qatıldığı komandalararası dünya çempionatı başa çatıb.

Qaynarinfo xəbər verir ki, komandamız son turda Misir şahmatçılarını 2,5:1,5 hesabı ilə məğlub edib.

Doqquz turun yekununda 8 xal toplayan Azərbaycan komandası yeddinci yerə sahib olub.

Rusiya komandası 16 xalla dünya çempionatının qalibi olub.

İngiltərə şahmatçıları 13 xalla ikinci, Çin yığması isə 12 xalla üçüncü yeri tutub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?