Komaya düşən əməkdar artist:

Komaya düşən əməkdar artist: "Bütün bədənim zəhərlənib"

Əməkdar artist Rəhman Rəhmanovun vəziyyəti kritikdir.

Bu barədə Qaynarinfo-ya aktyorun özü deyib. Onun sözlərinə görə, bütün bədəni zəhərlənib:

"5 gün əvvəl komaya düşdüm.  Daş öd kisəsindən gəlib onikibarmaq bağırsağın yolunu tutub. Yığılıb orda daş kütləyə çevrilib. Əməliyyat  olundum. Həkimlərin bildirdiyinə görə, ikinci əməliyyat aparılmalıdır. Bədənimi zəhər bürüyüb. Zəhər qanıma keçib. Vəziyyətim kritikdir. İndi zəhəri təmizləməyə çalışırlar”.

Aktyor deyir ki, ikinci əməliyyatda öd kisəsi götürülməlidir:

"Mülaicəmi Heydər Əliyev Fondu öz üzərinə götürüb. Çox təşəkkür edirəm, mənim müalicə üçün imkanım yox idi”.

Qeyd edək ki, bir neçə gün bundan öncə Əməkdar artist Rəhman Rəhmanovun səhhəti ağırlaşıb. Aktyor koma halında Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.

Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR