"Şüa" İdman Sağlamlıq Kompleksinin direktor müavini vəzifəsindən azad edilib.
Qaynarinfo-nun Unikal.org-a istinadən məlumatına görə, Rasim Qurbanovun artıq 2 aya yaxındır ki, komplekslə əlaqəsi kəsilib.
Qeyd edək ki, karantin elan olunan gündən kompleks bütün idman zalları kimi fəaliyyətini dayandırıb.
Xatırladaq ki, "Şüa" İdman Sağlamlıq Kompleksi 12 ildən şoxdur ki, fəaliyyət göstərir. Burada Avropa və dünya çempionları mütəmadi olaraq məşq keçir.
R.Qurbanov da kompleks fəaliyyətə başlayan dövrdən orada çalışıb.
Şərhlər