İdman 23:07 16.09.2021

Konfrans Liqası: "Qarabağ" ilk xalını qazandı - YENİLƏNİB

Bu gün Konfrans Liqasında qrup mərhələsinin ilk qarşılaşmalarına start verilib.

Qaynarinfo xəbər verir ki, Azərbaycanın Avropa arenasındakı yeganə təmsilçisi "Qarabağ" da meydana çıxıb. Ağdam klubu İsveçrə təmsilçisi "Bazel"lə qarşılaşıb. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma elə başladığı hesabla da yekunlaşıb - 0:0. 

Bu qrupun digər görüşündə "Kipr" təmsilçisi "Omoniya" Qazaxıstanda "Kayrat"ın qonağı olub. Bu görüş də heç-heçə nəticələnib - 0:0.

UEFA Konfrans Liqası

Qrup mərhələsi, I tur
 
16 sentyabr

20:45. "Qarabağ" (Azərbaycan) - "Bazel" (İsveçrə) 0:0

Hakimlər: Erik Lambrext, Rien Vanyzere, Jo de Veirdt, Vim Smet (Belçika)
Bakı Olimpiya Stadionu.

Səbuhi Həsənov