Fransanın şimalında yerləşən Azerailles qəsəbəsində keçirilən "Vieuks Kanal" musiqi festivalı zamanı ildırım düşməsi səbəbindən 2-si ağır olmaqla, ən az 15 nəfər yaralanıb.
"Qaynarinfo" xarici KİV-ə istinadən xəbər verir ki, ildırım yaralıların bədənində yanıqlara səbəb olub. İlkin tibbi yardım göstərildikdən sonra xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Hadisədən sonra konsert proqramı dayandırılıb.
Qaynarinfo.Az
Şərhlər