Dünya 11:14 12.03.2013

Konstitusiya Məhkəməsinin qarşısında etiraz aksiyası keçirilib

Dünən onlarla gənc Ermənistan Konstitusiya Məhkməsinin yaxınlığında etiraz aksiyası keçirməyə çalışıb. Trend-in çərşənbə axşamı verdiyi məlumata görə, bu barədə "Armenian Report" yazır.

Əllərində "Ermənistan xalqının qələbəsini ratifikasiya etməyi tələb edirik" yazılmış plakatlar və üçrəngli bayraqlar tutan gənclərin aksiyasının qarşısı polis tərəfindən alınıb. Buna görə də Baqramyan küçəsinə toplaşan nümayişçilər tələblərini ucadan qışqırmağa cəhd ediblər.Gənc fəalların sözlərinə görə, Ermənistan Konstitusiya Məhkəməsi heç olmasa bu dəfə ədalətli qərar verməlidir.

Qaynar.info