Xəbər lenti

Foto 00:12 29.09.2021

"Kopeyskiy Raboçi" qəzetinin keçmiş baş redaktoru 35 yaşında vəfat etdi (FOTOLAR)

Kopeysk teleradio şirkətinin direktoru və "Kopeyskiy Raboçi" qəzetinin keçmiş baş redaktoru Anna Vikalyuk 35 yaşında vəfat edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Kopeyskiy Raboçi" qəzeti məlumat yayıb.

Ölümün dəqiq səbəbi hələ açıqlanmasa da, ehtimal ki, beyin ensefaliti ilə əlaqəli ola bilər. Anna şənbə günündən bəri komada olub. Qəzet qeyd edir ki, Çelyabinsk Regional Xəstəxanasının həkimləri onun həyatı üçün mübarizə aparıblar. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Anna ailəlidir, bir qızı var.

Qeyd edək ki, Vikalyuk 2014-cü ilin fevralından 2021-ci ilin iyuluna qədər "Kopeyskiy Raboçi" qəzetinə rəhbərlik edib, sonra yerli bir teleradio şirkətinin direktoru olub. Qəzet, Hollivud ulduzlarının əllərində nəşrin yeni buraxılışları ilə mütəmadi olaraq şəkil çəkdirmələri sayəsində şöhrət qazanıb.

Xəyal Abdullayev

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->